Atlantik okeanında qara qutu tapılıb

Atlantik okeanında qara qutu tapılıb

2 May 2011 11:49
Bəyəndim (0) Bəyənmədim (0)



Rusiyanın "Lenta.ru" saytının verdiyi məlumata görə, Atlantik okeanında "Airbus France"-a məxsus qara qutu tapılıb. Atlantik okeanda aparılan araşdırmalar nəticəsində mütəxəssislər "Airbus France - A330-200" təyyarəsinin qara qutularından birini tapa biliblər. Xatırladaq ki, 2009 - cu ildə Rio- de-Janeyrodan Fransaya uçan A330 - 200 təyyarəsi Atlantik okeanı üzərində qəzaya uğramış və onun qara qutularını tapmaq mümkün olmamışdı. Hadisə nəticəsində təyyarədə olan 228 sərnişinin hamısı həlak olmuşdu. Qeyd edək ki, hazırda təyyarənin ikinci qara qutusunun axtarışı aparılır.


Qara qutu bəzi qaranlıq mətləblərə aydınlıq gətirəcək...


Elvin Babayev


O.M.