Suriya genişmiqyaslı islahatlara hazırlaşır

Suriya genişmiqyaslı islahatlara hazırlaşır

2 May 2011 11:07
Bəyəndim (0) Bəyənmədim (0)


Suriya parlamenti bu gün genişmiqyaslı islahatlar planını müzakirə etmək üçün toplaşacaq. Suriya dövlət televiziyasına müsahibə verən baş nazir Adel Safar deyib ki, islahatlar planı siyasi, iqtisadi və inzibati sahədə dəyişikliklər aparılmasını nəzərdə tutur. Ancaq bütün bunlara baxmayaraq, müxalifət bu həftə də islahat və prezident Bəşər Əsədin istefası tələbi ilə ölkənin böyük şəhərlərində aksiyalar keçirmək niyyətindədir. Suriyada 2 aydır davam edən aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində yüzlərlə insan həyatını itirib. Qeyd edək ki, bir qədər əvvəl Bəşər Əsəd mitinq iştirakçılarının geri çəkiləcəyi təqdirdə onlar haqqında cinayət işinin açılmayacağı və həbs qərarının ləğv olunacağını deyib.


Ağacın kökünə qurd düşdüsə, çürüdəcək. Nəzərə alsaq ki, bu qurd Qərbdən gəlib...


Elvin Babayev


O.M.