Dünyanın ən çox axtarışda olan cinayətkarı idi

Dünyanın ən çox axtarışda olan cinayətkarı idi

2 May 2011 10:51
Bəyəndim (0) Bəyənmədim (0)


Dünyanın ən çox axtarışda olan cinayətkarı Usama bin Laden ABŞ-a istiqamətli çox sayda hücumun məsulu olaraq göstərilir.

Ladenin ABŞ-a istiqamətli ən ağır hücumu 11 sentyabr 2011-ci ildə oldu. Dünya Ticarət Mərkəzi binalarına və Pentaqona təşkil edilən təyyarə hücumlarında təxminən 3 min adam həyatını itirdi. Bin Ladenin o tarixdən bu yana Pakistan-Əfqanıstan sərhədində gizləndiyi düşünülürdü. 2001-ci ildən başlayaraq iqtidarı itirən Talibanın bin Ladenin gizlənməsinə köməkçi olduğu bildirilir. Milyarder səudiyyəli bir iş adamının oğlu olan bin Laden üçün ABŞ 11 sentyabrdan sonra qlobal bir insan ovu başlatdı. 2007-ci ildə Amerika senatı onun öldürülməsi, ya da tutulması üçün qoyulan mükafatı iki qatına çıxararaq 50 milyon dollara qədər yüksəltdi.

Bin Laden Yəmən mənşəli atası Məhəmməd bin Ladenin 50 uşağından 17-ci olaraq 1957-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda dünyaya gəlib.

Onu da xəbər verək ki, 11 sentyabr sonrası bin Laden ailəsi ilə dövrün ABŞ prezidenti Corc Buş və vitse-prezident Dik Çeyni arasında ticarət əməkdaşlığının olduğu ortaya çıxmışdı.


Zaman sübut edəcək ki, Bin Laden ABŞ-ın öz agenti idi. Bunun üçün bir qədər gözləmək lazımdır...


Günel Həbib


O.M.