Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış olub

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış olub

2 May 2011 10:54
Bəyəndim (0) Bəyənmədim (0)


Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saat 06.00 radələrində, şəhərin 15-ci məhəllə ərazisində yerləşən 4 saylı yataqxanada qeydə alınıb. 50 yaşlı Ədalət Cəfərova məxsus evdə baş vermiş partlayışa qaz sızması səbəb olub. Nəticədə Ə. Cəfərov və övladları - 22 yaşlı Sevinc, 19 yaşlı Samirə, 23 yaşlı Samir Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İlkin araşdırmalara görə, partlayışa səbəb İran İslam Respublikasının istehsalı olan qaz sobasında nasazlığın baş verməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.


Düz deyiblər, ucuz ətin şorbası olmaz...


Tofiq Əliyev


O.M.