Azərbaycanlı ekoloqlar İsveçrəyə dəvət olunublar

Azərbaycanlı ekoloqlar İsveçrəyə dəvət olunublar

2 May 2011 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı ekoloqlar İsveçrəyə dəvət olunublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qlobal Ekologiya Fondunun dəvəti ilə azərbaycanlı ekoloqlar artıq görüş üçün yola düşüblər. 3-4 may 2011-ci il tarixlərində keçiriləcək görüşə Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Respublikaları nümayəndələrindən ibarət işçi qrupu da dəvət olunub. Keçiriləcək görüşdə Azərbaycan tərəfindən ETSN-nin Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi Oqtay Cəfərov və Qeyri Hökumət Təşkilatının nümayəndəsi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov iştirak edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə həlli vacib olan ekoloji məsələlərin aradan qaldırılması yollarının müzakirə olunması, birgə təkliflərin hazırlanması və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə fəaliyyət barəsində məruzə ilə çıxış edəcəklər.


Arzu edərdim ki, belə tədbirlər keçirilməsin. Məni düzgün başa düşün. Yəni ekoloji problemlər olmasın...


Elvin Babayev


O.M.