Bakı Sumqayıt yolunda qəza baş verib

Bakı Sumqayıt yolunda qəza baş verib

2 May 2011 10:03
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün səhər saatlarında Bakı Sumqayıt yolundakı tuneldə qəza baş verib. Ağ rəngli 10 SG 495 dövlət nömrə nişanlı Nissan Sunny sürətlə gələrək arxadan ML markalı "Mercedes" maşınını vurub. Qəza nəticəsində xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Maşınlar isə əzilib. Hadisə yerinə yol polisləri gəlib, qəzanın səbəbləri araşdırılır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tuneldə işıqların işləməməyi və tunelə daxil olan maşınların görmə arealının azalmasıdır. Qəza nəticəsində tuneldə tıxac yaranıb.


O gün olmur ki, həmin tuneldə bir hadisə baş verməsin. Səbəb isə dəyişməz olaraq qalır. İşıqlandırma sistemi çox zəifdir. Görəsən, işığa "qənaət" etmək kimlərə sərf edir?..


Elvin Babayev


O.M.