Əhmədinejat açıqlama verib

Əhmədinejat açıqlama verib

2 May 2011 09:50
Bəyəndim (0) Bəyənmədim (0)


İran prezidenti Əhmədinejat mətbuatda gəzən söz-söhbətdən sonra jurnalistlərin qarşısında çıxış edib. O, "Bizim dini lider Xamneyi ilə münasibətimiz ata-oğul münasibətidir", deyib. İranın rəsmi televiziyasına müsahibəsində o, bütün gəzən şayiələrin əksinə bu gün parlament yığıncağında iştirak edəcəyini bildirib. Əhmədinejat son dəfə xalq qarşısına on gün bundan qabaq çıxmışdı. Yaranan mübahisələrlə əlaqədar ona parlamentdə impiçment tətbiq ediləcəyi və vəzifəsindən azad olunacağı xəbəri də yayılmışdı. O, sözlərinin sonunda " İran xalqının düşmənləri, rəhbər ilə prezidentin ata-oğul münasibətini başa düşməkdə acizdir. Düşmənlərimiz çox ümidlənməsin", - deyə çıxışını yekunlaşdırıb.


Od olmayan yerdən tüstü çıxmaz. Deyəsən, bu dəfəki tüstü Əhmədinejatın gözlərini yaşardıb...


Elvin Babayev


O.M.