Ben Ladin öldü

Ben Ladin öldü

2 May 2011 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obama Əl-Qidə terror təşkilatının rəhbəri Üsamə Ben Ladinin Pakistanda həyata keçirilən əməliyyat nəticəsində öldürüldüyünü açıqlayıb. Obama "ədalət yerini tapdı" deyə sözə başlayıb.


Ben Ladinin necə öldürülməsi barədə hələ dəqiq məlumat yoxdur. Barak Obama xüsusi təyinatlı bir qrupun həyata keçirdiyi əməliyyat nəticəsində onun ölü olaraq ələ keçirildiyini deyib. Obama, "Ben Ladin islam lideri deyil. O, müsəlmanları da öldürən bir qatildir", - deyib.


Barak Obama nitqində heç bir amerikalının zərər çəkmədiyini və əl-Qaidə təşkilatının böyük itkilər verdiyini də deyib. Bu xəbərdən sonra minlərlə amerikalı Ağ Evin qarşısında bayram keçirib.


Qeyd edək ki, bir neçə gün əvvəl Pakistan sərhədlərində keçirilən əməliyyatda Əl-Qaidə liderlərinin öldürüldüyü yayılsa da, ABŞ rəsmiləri bu xəbərə şərh verməmişdilər.


Yalançının evi yandı, heç kim inanmadı...


Elvin Babayev


O.M.