"Alo, mən Səddamam!"

"Alo, mən Səddamam!"

1 May 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)
Səddam sağdır?

İraq 2006-cı ildə edam edilən Səddam Hüseynin yaşadığına dair dedi-qodularla çalxalanır. Dedi-qodunun qaynağı isə Baas namizədi Həsən əl Alevidir. Sonuncu dünən gecə dostlarıyla yemək yeyərkən telefonunun zəng çaldığını və qarşıdakı adamın Səddam Hüseyn olduğunu iddia edir.

Həsən telefonun mikrofonunu işə salıb, xəttin o biri ucundakının, "Bütün yaşıl sahəni yandıracam və qana bulayacam", - təhdidlərini də qonaqlarına dinlədib. Dostlarının xeyli təəccübləndiyini söyləyən qəhrəmanımız telefondakı danışıqların bir nüsxəsini də "YouTube"a yerləşdirildiyini söyləyir.

Günel Həbib