Saraydan əl-ələ uçdular

Saraydan əl-ələ uçdular

1 May 2011 10:28
1 052
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq rəsmi olaraq ər-arvad elan edilən Uilyam və Keyt dünən əl-ələ, göz-gözə uçdular. Bukinqham sarayının damından helikopterlə naməlum bir istiqamətə doğru uçan cütlük haqda ingilis mediası yazır: "İsti və günəşli bir yerə getdilər", "Toyun davamı var" və s. Lakin bu xəbərlərdən sonra kraliyyət ailəsindən açıqlama gəldi: "Uilyamla Keytin özəl həyatına hörmətlə yanaşılmasını istəyirik. Bal ayı isə olmayacaq!"

Günel Həbib