Misirdə avtobus qəzaya uğrayıb
Misirin Beni-Sueyf şəhərində sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Nəticədə avtobusda olan 17 sərnişin həlak olub, daha 5 nəfər isə ağır yaralanıb. Bu haqda informasiyanı "BBC" xəbər verir. Yol polisinin məlumatına görə, avtobus yolda qəzaya uğrayıb və Nil çayına düşüb. Hal-hazırda çaya düşənlərin axtarış işləri aparılır. Ölənlərin sayının artacağı istisna edilmir. Belə ki, avtobusda 34 sərnişin olub.
Ehtiyatlı olmaq lazımdır. Yol şeytanı çay qırağında da post qurub...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər