Putin Kosmik Agentliyin rəhbərini işdən çıxarıb

Putin Kosmik Agentliyin rəhbərini işdən çıxarıb

29 Aprel 2011 16:44
894
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Rusiya baş naziri Vladimir Putin Rusiya Dövlət Kosmik Agentliyinin rəhbəri Anatoliy Perminovu işdən azad edib. R.F hökumətinin mətbuat xidmətinin məlumatına görə, Perminov yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib. Bu haqda informasiyanı RİA Novosti agentliyi yayıb. Digər sərəncamı ilə Putin həmin vəzifəyə Vladimir Popovkini təyin edib. Bundan öncə Popovkin Rusiya müdafiə nazirinin müavini vəzifəsini tuturdu.


Seçkilər yaxınlaşdıqca Putin yerdə öz adamlarının sayını artırır. Artıq göyə də öz adamını yerləşdirib...


Elvin Babayev


O.M.