Yaponiya dəhşət saçmaqda davam edir

Yaponiya dəhşət saçmaqda davam edir

4 Aprel 2011 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Fukuşima 1 Atom Elektrik Stansiyası ətrafa dəhşət saçmaqda davam edir. Bu günlərdə stansiyadan 11500 ton radioaktiv suyun okeana axdığı məlum olub.

Açıqlama verən rəsmilər radioaktiv suyun reaktorun soyudulması üçün istifadə olunan su çənində əmələ gələn çatdan axdığını söyləyiblər. Əmələ gələn çata beton tökülsə də, heç bir nəticə verməyib.

Bu arada Yaponiyanın baş naziri Naoto Kan sunamidən zərər çəkən kəndlərə baş çəkib.

Rəsmi açıqlamalara görə, zəlzələ və sunami nəticəsində 11 min 400 adam ölmüş 16 min 500 nəfər isə hələ də tapılmamışdır.

O.M.