Liviyadan çəkilir!

Liviyadan çəkilir!

4 Aprel 2011 13:20
822
Bəyəndim (0) Bəyənmədim (0)
Müttəfiqləri çaşdıran qərar

Qəddafiyə qarşı hava əməliyyatları " NATO"ya həvalə edildikdən sonra ABŞ prezidenti yeni çıxışı ilə narahatlıq yaşatdı. Obama, "Biz bu əməliyyatda ön planda olmayacağıq", - dedi və bu sözlərinin ardından döyüş təyyarələrini, gəmilərini və dənizaltılarını Liviyadan uzaqlaşdırma əmri verdi. Və beləliklə də müttəfiqlərin Liviya liderini vəzifəsindən azad etmə planı axsamağa başladı.

ABŞ Liviya hava əməliyyatına F-15, F-16 və B2 bombardıman təyyarələrindən ibarət olan ümumilikdə 90 təyyarəlik flotla qatılırdı. Amerikanın son qərarından sonra "NATO"nun əmrində 143 təyyarə qaldı. Bunların 17-si ingilis, 33-ü isə fransız döyüş təyyarələrindən ibarətdir.

O ki qaldı müharibənin son vəziyyətinə, Liviyada üsyançılarla Qəddafi tərəfdaşları arasında qarşıdurmalar Misrati şəhərində yaşanıb. İki tərəfin şəhərin idarəsi üçün günlərdir zidd düşdüyü, ancaq Qəddafi güclərinin paytaxt Trablusa olduqca yaxın olan bu şəhərin idarəsini əldən verməyə niyyətli olmadıqları ifadə edilir.

O.M.