Şəhərlər darmadağın oldu

Şəhərlər darmadağın oldu

29 Aprel 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
Fırtına dəhşətində ölənlərin sayı artır


Missisipi və Tennessi əyalətlərində 33, Corciada 14, Virciniyada 8 və Kentuki əyalətində isə 1 adam bölgəni vuran fəlakət səbəbi ilə həyatını itirdi. Fəlakətin ən böyük can itkisinə yol açdığı Alabamada ən azı 207 nəfər ölüb. Bundan başqa, həyatını itirənlər arasında Alabama ştatında oxuyan 2 universitet tələbəsi olduğu bildirilir. Təxminən 1 milyon adam isə elektrikdən məhrum qalıb. Alabama rəhbəri Robert Bentley, "İnsanların həyatları alt-üst oldu", - ifadəsini işlədib.

Səlahiyyətlilər ABŞ-ın cənub bölgəsini təsiri altına alan fırtınaların 1950-ci ildən bu yana qarşılaşılan ən şiddətli meteorologiya hadisəsi olduğunu bildirib. Meteoroloji mütəxəssislər nəmlilik, soyuq hava və şaquli əsən küləklərin ölümcül hava şəraiti yaratdığını bildirib.

ABŞ öz əməllərinə görə tanrının da qəzəbinə düçar olub.

Günel Həbib

O.M.