İsrail Qəzzadakı yaşayış məntəqələrini bombalayır

İsrail Qəzzadakı yaşayış məntəqələrini bombalayır

29 Aprel 2011 12:09
824
Bəyəndim (0) Bəyənmədim (0)


Sionist İsrail rejimi blokada vəziyyətində saxlanılan Qəzzanın şərq hissəsində yerləşən yaşayış yerlərini, habelə Əl-Burec düşərgəsində məskunlaşmış dinc fələstinliləri bombalayıb. Dörd nəfərin yaralandığı bildirilir. Bu haqda informasiyanı "RİA Novosti" agentliyi yayıb. Ölənlər barədə isə məlumat verilmir. Verilən məlumata görə, yaşayış evlərinə ən azı dörd bomba endirilib. Qeyd edək ki, İsrail rejimi 2009-cu ildə Qəzzada törətdiyi qətliamdan sonra burada yerləşən bütün obyektləri hədəfə ala bilən bomba atıcılar yerləşdirib. Sionist hərbçiləri heç bir xəbərdarlıq olmadan dəfələrlə həmin obyektləri bombalayıb.


Alov düşdüyü yeri yandırar, deyib atalarımız. İsrail vətəndaşları isə həmişəki kimi öz gündəlik qayğıları ilə yaşayırlar.


Hafiz Əhmədov


O.M.