Suriyanın nüvə silahı var?..

Suriyanın nüvə silahı var?..

29 Aprel 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)


Suriya bu dəfə nüvə silahı saxlamaqda günahlandırılıb.



Belə ki, Beynəlxalq Atom Enerjisi üzrə Agentliyi (MAQATE) isə Suriyanı nüvə silahı əldə etməkdə ittiham edib. MAQATE rəhbəri Yuki Amano 2007-ci ildə İsrail hərbi hava qüvvələri tərəfindən səhrada məhv edilən obyektin nüvə reaktoru olduğunu deyib.


Suriyada vəziyyətin pisləşməsi ilə bağlı son 24 saat ərzində Livana 700 nəfərə yaxın suriyalı qaçqın gəlib. Bunlar arasında qadın, uşaq və qocalar da var. Qaçqınların əksəriyyəti Suriyanın Dera şəhərinin sakinləridir.

Livan hərbçiləri isə Suriya ilə sərhədləri möhkəmləndirməyə başlayıblar. İordaniya da Suriya ilə sərhədləri bağlı saxlayır.


Qeyd edək ki, Suriya hökuməti Livanı müxalifət cəbhəsinə silah və maliyyə ilə təmin etməkdə ittiham etmişdi.