Suriyadakı nümayişlər dialoq yolu ilə həll edilməlidir.

Suriyadakı nümayişlər dialoq yolu ilə həll edilməlidir.

29 Aprel 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)


Pekin hökuməti Suriyada hökumət və nümayişçilər arasında davam edən qarşıdurmaların yalnız siyasi dialoq yolu ilə həll edilə biləcəyi çağırışını edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei Suriyadakı qarşıdurmaların dialoq yolu ilə həll edilməsini istədiklərini söyləyib.

Nazirliyin sözçüsü BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Çinin Suriyadakı nümayişlərin dialoq yolu ilə həll edilməsinin tərəfdarı olduğunu söyləyib.

Hong Lei Çin dövlətini Orta Şərq, Şimali Afrikada baş verən hadisələrin çox narahat etdiyini deyib.

Sözçü belə hadisələrin dünyadakı sülh və demokratiyaya mənfi təsir etdiyini də sözlərinə əlavə edib.


Türklər demişkən, heyvanlar qoxlaşa-qoxlaşa, insanlar danışa-danışa bir-birini anlayırlar...


Hafiz Əhmədov


O.M.