Fırtına daş üstündə daş qoymadı

Fırtına daş üstündə daş qoymadı

29 Aprel 2011 10:30
833
Bəyəndim (0) Bəyənmədim (0)



Amerikada fırtına və onun nəticəsində yaranan xortum dəhşəti davam edir. ABŞ-da tornado qurbanlarının sayı 260 nəfəri keçib.

"TRT" televiziyasının verdiyi məlumata görə, bu gecə də davam edən təbii fəlakət ABŞ-ın Alabama, Missisipi, Missuri, Arkanzas və Oklahoma ştatlarında daha çox dağıntı və tələfata yol açıb. Fırtına səbəbi ilə Alabama ştatındakı nüvə stansiyası avtomatik bağlanıb.

ABŞ ərazisində ümumilikdə 150 dağıdıcı burulğan qeydə alınıb. Leysan yağış və güclü külək Alabama ştatında Atom Elektrik Stansiyasının enerji təchizatının dayanmasına yol açıb. Qəzalı vəziyyət dizel generatorlarının köməyi ilə aradan qaldırılıb.


Qeyd edək ki, hər il ABŞ-da fırtına səbəbi ilə hər il minlərlə insan həlak olur, əhali evsiz-eşiksiz qalır.


ABŞ isə Yaxın Şərqi işğal etməkdə davam edir...

Elvin Babayev

O.M.