Atəşkəs müqaviləsi  pozulub

Atəşkəs müqaviləsi pozulub

29 Aprel 2011 10:18
Bəyəndim (0) Bəyənmədim (0)


Tailand və Kamboca arasında keçən həftə baş vermiş silahlı qarşıdurmalardan sonra bağlanmış atəşkəs müqaviləsi pozulub. Tailand ordusu sözçüsünün verdiyi məlumata görə, keçən gecə iki ölkə arasında baş vermiş silahlı atışma zamanı 1 Tailand əsgəri ölüb, 4-ü isə yaralanıb. Tailandın bölgələr üzrə ordu komandiri Zavatçat Samutsakor mətbuata verdiyi açıqlamada iki ölkə arasında baş vermiş qarşıdurmalar zamanı silah və əl bombalarından istifadə edildiyini söyləyib. Zavatçat silahlı atışmanı Kambocanın başlatdığını deyib. Qeyd edək ki, Tailand ilə Kamboca sərhədində tapılan tarixi tapıntılar səbəbindən keçən həftədən başlayan silahlı qarşıdurmalarda ən azı 16 nəfər həlak olub.


Görünür, Ermənistan kimi bu ölkələr də atəşkəsin nə olduğunu dərk etmirlər...


Hafiz Əhmədov


O.M.