Liviya bu gecə səhərədək bombalanıb

Liviya bu gecə səhərədək bombalanıb

29 Aprel 2011 10:06
1 072
Bəyəndim (0) Bəyənmədim (0)


Lenta.ru Agence France-Presseyə istinadən yeni bir xəbər yayıb: Yerli əhalinin verdiyi məlumata görə bu gün gecə saatlarında NATO-nun hava qüvvələri Liviyanın paytaxtı Tripoli şəhərini yenidən bombalayıb. Liviya Milli Bankına bir neçə dəqiqə ərzində azı beş raket zərbəsi endirilib. Paytaxtın cənubunda yerləşən Ain-Zara rayonu bundan əvvəl də aprelin 26-da raket hücumuna məruz qalmışdı. Qəddafi hökuməti itkilər barəsində məlumat verməyib. Ölən və yaralananların çox olduğu ehtimal edilir. Qeyd edək ki, ABŞ NATO qüvvələrinə yardım üçün pilotsuz təyyarələr göndərdikdən sonra Liviyaya hava hücumları intensivləşmiş, Qəddafi qüvvələri xeyli sayda itki vermişdi.


ABŞ "qırılan qoşundandır" prinsipi ilə kimi gəldi bombalayır...


Hafiz Əhmədov


O.M.