Məcburi köçkünlərin yaşadığı əraziləri su basıb

Məcburi köçkünlərin yaşadığı əraziləri su basıb

29 Aprel 2011 09:49
856
Bəyəndim (0) Bəyənmədim (0)


Bərdənin Qarağacı kəndində məcburi köçkün ailələrinin məskunlaşdığı ərazini su basıb. Bu barədə həmin ərazidə məskunlaşmış məcburi köçkünlər məlumat veriblər. Onların sözlərinə görə, yaşayış massivinin yaxınlığından su kanalı keçir və su məcrasını aşıb evlərə dolub. Məcburi köçkün Xürrəm Səlimovun sözlərinə görə, gecə əraziyə dolmuş su beş evi yararsız hala salıb. Hər il yaz və payız aylarında çaylarda və su hövzələrində bol sululuq yarandığından vəziyyət təkrarlanır. Onlar bu barədə aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinin nəticəsiz qaldığını deyirlər. Ərazidə məskunlaşmış Məhəmməd Vəliyev sözügedən su kanalında illərdir ki, təmizlənmə işi aparılmadığını söyləyib. Ona görə də burada tez-tez subasma nəticəsində gölməçələr yaranır. Bu isə müxtəlif yoluxucu xəstəlikləri yaranmasına gətirib çıxarır. Gecə saatları olduğundan rəsmi tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.


Su axar, çuxurunu tapar...


Hafiz Əhmədov


O.M.