BDU tələbələri aksiya keçirəcəklər

BDU tələbələri aksiya keçirəcəklər

29 Aprel 2011 09:47
Bəyəndim (0) Bəyənmədim (0)


Dünəndən etibarən Bakı dövlət universitetinin tələbələri "facebook"da "BDU-da dövlət imtahanları ləğv olunsun" kampaniyasına başlayıblar.


Azərbaycan Dillər Universitetində dövlət imtahanlarının ləğv olunması BDU tələbələrinin də fəallaşmasına səbəb olub. Qeyd edək ki, dünəndən bəri başlamış kampaniyada 2 minə yaxın tələbə iştirak edib. Tələbələr bir araya gələrək rektor Abel Məhərrəmova dövlət imtahanlarının ləğvi üçün müraciət ünvanlayacaqlar.


Xatırladaq ki, BDU-da dördüncü kurs tələbələri dövlət imtahanları ilə yanaşı diplom işi də yazmalıdırlar.


Tələbənin təhsil müddəti boyu hər bir fənn üzrə verdiyi imtahan onun dövlət qarşısında hesabatıdır. Belə olan halda əlavə dövlət imtahanına nə ehtiyac var ki?..


Elvin Babayev


O.M.