Mühafizə və Kəşfiyyat Komandasında 4 dəyişiklik edilib

Mühafizə və Kəşfiyyat Komandasında 4 dəyişiklik edilib

29 Aprel 2011 09:27
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ prezidenti Barak Obama Mühafizə və Kəşfiyyat Komandasında 4 dəyişiklik edib. Obamanın verdiyi açıqlamada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Leon Panettanın bu yay vəzifəsindən istefa edəcəyi və Müdafiə Naziri Robert Qeytsin yerinə keçəcəyi bildirilib. Leon Panettanın vəzifəsinə isə yəni CİA -nın rəhbəri vəzifəsinə Əfqanıstandakı ABŞ və NATO güclərinin komandiri David Petreusun keçəcəyi açıqlanıb. Petreusun boşalmış kreslosuna ABŞ Mərkəzi Qüvvətlər Komandirinin köməkçisi Con Allen keçəcək. Obama təcrübəli diplomat Krokeri isə ABŞ-ın Kabildəki səfiri vəzifəsinə təyin edəcək. Yeni vəzifə sahiblərinin işlərinə başlamaları üçün Senat səsverməyə qoymalıdır.


"Toplananların yerini dəyişdikdə, cəm dəyişmir" riyazi qanununu nəzərə alsaq, ABŞ-ın işğalçı siyasətinin davam edəcəyini görə bilərik.


Hafiz Əhmədov


O.M.