Türkiyədə 7 terrorist öldürülüb

Türkiyədə 7 terrorist öldürülüb

28 Aprel 2011 17:15
842
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyənin Tunceli vilayətinin Pülümür bölgəsinin Ağaşənlik yaşayış məntəqəsində ölkənin təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı qarşıdurmada 7 terrorist öldürülüb. "Sabah" qəzetinin verdiyi xəbərə görə, ötən gün yerli vaxtla 16:30- da başlayan antiterror əməliyyatları hələ də davam edir. Dağlıq və meşəlik ərazi olduğundan əməliyyatlara vertolyotlar da cəlb edilib. Hazırda bölgədə ərazidə olan hərbi hissənin əsgərlərinin dəstəyi ilə digər terrorçuların axtarışı aparılır. Bölgəyə giriş-çıxış bağlanıb. Öldürülən terrorçuların üzərilərindən ümumilikdə 1 ədəd Kalaşnikov avtomatı, 166 ədəd mərmi, 2 ədəd əl bombası və digər partlayıcı sursatlar aşkar edilərək götürülüb.


Ən yaxşı terrorçu ölü terrorçudur...


Hafiz Əhmədov


O.M.