312 nəfər nümayişçi həbsdən azad olunub

312 nəfər nümayişçi həbsdən azad olunub

28 Aprel 2011 16:53
1 034
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 28-də Bəhreyn hakimiyyəti ölkədə keçirilən hökumət əleyhinə nümayişlərin həbs edilən 312 nəfər iştirakçısını azad edib. Bu barədə "GulfNews" agentliyi xəbər verir.


Əl-Xəlifə "Əl-Vifak" sülaləsinin nümayəndəsi şeyx Fəvaz bin Məhəmmədin məlumatına görə, həbs olunanların çoxu səhhətlərindəki vəziyyətlə bağlı azad edilib.

Xatırladaq ki, Bəhreyndə kütləvi xalq etirazları fevralın ortalarından başlayıb. Etiraz aksiyalarında və nümayişlərdə iştirak edənlər, xüsusən də şiə müsəlmanlar ölkədə hüquqlarının genişləndirilməsini tələb ediblər.

Toqquşmalar nəticəsində ən azı 29 nəfər həlak olub.

Bəhreyn kralı Həmad bin əl-Xəlifənin xahişi ilə martın 14-də ölkəyə min Səudiyyə hərbçilərindən ibarət Fars körfəzinin ərəb ölkələrinin Əməkdaşlıq Şurasının hərbi kontingenti yeridilib. Ölkədə nümayişlərin fəal iştirakçılarının həbsləri başlanıb. Martın 15-dən Bəhreyndə üç aylıq fövqəladə vəziyyət elan olunub.


Sünni-şiə münaqişəsi olduqca müsəlman aləmində demokratiyadan danışmaq olmaz.


Hafiz Əhmədov


O.M.