Şəmkirdə aksiya keçirilir

Şəmkirdə aksiya keçirilir

28 Aprel 2011 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə göz xəstəliyindən əziyyət çəkən şəxslərin müalicə və müayinəsi ilə bağlı aksiya keçirilir. Tədbir çərçivəsində ağır göz əməliyyatlarına ehtiyac duyan xəstələr Zərifə Əliyeva adına Oftalmologiya İnstitutunun əməkdaşları tərəfindən yerindəcə əməliyyat ediləcəklər. Göz xəstəliyindən əziyyət çəkən şəxslərin aksiyasında ölkənin qərb bölgəsi üzrə aztəminatlı ailələrin üzvləri iştirak ediblər. Tədbirlər planının ilk günündə göz xəstəliklərindən əziyyət çəkən şəxslər müayinə edilib. Tibb işçiləri tərəfindən bir gün ərzində 20-dən çox xəstə yoxlanılıb. Şəmkir rayon Mərkəzi Xəstəxanasının Baş Oftalmoloqu Nüşabə Seyidovanın sözlərinə görə, müayinə zamanı xəstələrin görmə problemləri öyrənilib və müxtəlif müalicələr tətbiq edilib. Həmçinin, əməliyyata ehtiyac duyulan xəstələrin sayı dəqiqləşdirilib. Zərifə Əliyeva adına Oftalmologiya İnstitutunun səyyar həkim biri qadaları tərəfindən təxminən 30-a yaxın ağır xəstə əməliyyat ediləcək. Göz xəstəliyindən əziyyət çəkənlər əsasən həkimlər olduğundan mütəxəssislər tərəfindən yerlərdə belə xəstələrin müayinə olunması xüsusi olaraq əhəmiyyət daşıyır. Qeyd edək ki, cərrahiyyə əməliyyatları 2 gün - may ayının 7-si və 8-i aparılacaq. Şəmkirdə analoji tədbirlər artıq ənənə şəkilini alıb.


Gözdən əlilləri görməmək üçün kor olmaq lazımdır...


Hafiz Əhmədov


O.M.