Ağcabədidə ev heyvanları arasında quduzluq xəstəliyi yayılıb

Ağcabədidə ev heyvanları arasında quduzluq xəstəliyi yayılıb

28 Aprel 2011 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Xəstəlik əsasən laçınlı məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Taxtakörpü qəsəbəsində yayılıb. Xəstəlikdən ilk əziyyət çəkən isə Laçının Qara Keçdi kəndindən məcburi köçkün A.H.-ovun təsərrüfatı olub. A.H.-ovun sözlərinə görə, təxminən 20 gün əvvəl onun şəxsi təsərrüfatına məxsus bir baş atda müxtəlif əlamətlər özünü büruzə verib. O, bu məsələ ilə bağlı Laçın rayon Baytarlıq İdarəsinə müraciət edib. Yoxlanışdan sonra at öldürülərək basdırılıb. Laçın rayon Səhiyyə Şöbəsinin və Laçın rayon Baytarlıq İdarəsinin əməkdaşları dərhal ərazidə yaşayan əhali və heyvanlar arasında vaksinasiya aparıblar. Ə. Nadirov onu da bildirdi ki, heyvanların arasında quduzluq xəstəliyinin yayılmasına əsas səbəb onların çöl heyvanları ilə tez-tez təmasda olmasıdır. Onun sözlərinə görə, tələfat olan təsərrüfata təxminən bir ay əvvəl vəhşi heyvanların hücumu qeydə alınıb, həmin vaxt bir tülkü çoban itləri tərəfindən parçalanıb və qalıqları ətrafa səpələnib. Təxminən 20-25 gündən sonra ərazidəki ev heyvanları arasında xəstəliyin əlamətləri müşahidə olunub. Ə. Nadirov bildirdi ki, bir neçə gün əvvəl ərazidəki xırdabuynuzlu heyvanlar brusellyoz xəstəliyi əleyhinə vaksinasiya olunduğundan onlara quduzluq əleyhinə peyvənd vurmaq mümkün deyil. Qaydalara görə, brusellyoz əleyhinə peyvənd olunmuş heyvan 21 gün sonra başqa xəstəliyə qarşı vaksinasiya oluna bilər. Ə.Nadirov onu da bildirib ki, bu gün vəziyyəti yerində araşdırmaq üçün Dövlət Baytarlıq Xidmətinin xüsusi briqadası Taxtakörpüyə ezam olunacaqlar.


Heyvanlar xəstəlik tutublar. Bu, təbii haldır. Təki məmurlar xəstəliyə tutulmasınlar...


Hafiz Əhmədov


O.M.