Türkiyə 50 milyon dollarlıq borcun üstündən xətt çəkib

Türkiyə 50 milyon dollarlıq borcun üstündən xətt çəkib

28 Aprel 2011 15:02
947
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Qırğızıstanın 50 mln dollarlıq borcunu silib. Türkiyə mətbuatının xəbərinə görə, bu barədə Qırğızıstanın baş naziri Almazbek Atambayev açıqlama verib.


Ankarada keçirilən Türkiyə-Qırğızıstan Ticarət və İnvestisiya Forumuna qatılan A.Atambayev bildirib ki, müvafiq razılaşma dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə əldə olunub.

A.Atambayev görüşün detallarını da açıqlayıb: " Tayyib bəyi pul verməsi üçün sıxışdırdıq. O da "mənə niyə təzyiq edirsən?" deyə soruşdu. Cavab verdim ki, sizdən başqa böyük qardaşımız yoxdur. Tayyib bəy də 50 mln dollar borcumuzu sildi".

Qırğızıstanın baş naziri qeyd edib ki, Türkiyə son 10 ildə borc istəyən ölkədən borc verən ölkəyə çevrilib.


İstəyənin bir üzü qara, verməyənin iki üzü...


Hafiz Əhmədov


O.M.