Türk ulduzu azərbaycanlı dayəni döydü

Türk ulduzu azərbaycanlı dayəni döydü

28 Aprel 2011 13:50
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyənin məşhur aktrisalarından olan Nurgül Yeşilçay tərəfindən fiziki zorakılığa məruz qalan Azərbaycan əsilli dayə İlahə Cəbrayılova sabah danışacaq.


Türkiyə mətbuatının verdiyi məlumata görə, Esra Erol olayla bağlı İlahəyə canlı yayımda telefon açıb. Ancaq o, Nurgül Yeşilçayın ittihamlarına həmin vaxt münasibət bildirməyəcəyini, aprelin 28-də redaksiyaya gələcəyini və hər şeyi danışacağını söyləyib. O, aprelin 29-da cümə günü evlənəcəyini də açıqlayıb.


Qeyd edək ki, İlahə Cəbrayılova Nurgül Yeşilçayın oğlu Osman Nejatın dayəsi olub. O, 3 gün əvvəl Esra Erolun "Evlən Mənimlə" proqramına qatılıb, özü üçün kişi adaxlı axtarıb. Nurgül Yeşilçay isə İlahəni "Evlən Mənimlə" proqramına qatıldığı günlərdə Osmana baxmamaqda günahlandırıb, ona qarşı fiziki güc tətbiq edib.


Deyəsən, həmyerlimiz şou-biznesin qaydalarını yaxşı bilir.


Hafiz Əhmədov


O.M.