Moskvada azərbaycanlılar həbs edilib

Moskvada azərbaycanlılar həbs edilib

28 Aprel 2011 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın qərbində baş vermiş yol qəzası azərbaycanlılarla ruslar arasında davaya səbəb olub. "RİA Novosti"nin verdiyi məlumata görə, davada hər iki tərəfdən iştirak etmiş 15 nəfər polis tərəfindən saxlanılıb.


"Ria Novosti"yə danışan mənbə hadisə barədə bunları deyib: "19 yaşlı gəncin idarə etdiyi "Mazda 3" markalı avtomobil 21 yaşlı qızın sürdüyü "BMW X5"ə çırpılıb. Nəticədə "BMW X5"in sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəzanın qeydə alınması zamanı əraziyə toplaşan ruslarla 5 Azərbaycan vətəndaşı arasında dava başlayıb. 37 yaşlı kişi kəllə-beyin travması ilə xəstəxanaya aparılıb."


Məsələ bununla da bitməyib. Gecə saatlarında "münasibətlərə aydınlıq gətirmək üçün" üçün 60-dək rus və azərbaycanlı qəzanın baş verdiyi yerə gəlib. Bu dəfə toqquşmanın qarşısını polis ala bilib.


Qara ilə sarı toqquşanda qəribə bir rəng alınır. Hələ bura qanın qırmızı rəngi də əlavə olunanda rus millətçiliyinin rəngi alınır...


Elvin Babayev


O.M.