BP terminalında mina tapılıb

BP terminalında mina tapılıb

28 Aprel 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)


Şimal dənizində BP-nin neft terminallarının yaxınlığında II Dünya müharibəsindən qalma mina aşkarlanıb. Minanın Alman ordusuna məxsus olduğu bildirilib.


Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Şotlandiyanın 40 kilometrliyində, 90 metr dərinliyində üzən minanın gedərək neft borularına yaxınlaşdığı bildirilib.


Ekspertlər minanı məhv etmək üçün xüsusi robotlardan istifadə edəcək. Mina təhlükəsiz zonaya aparılaraq məhv ediləcək.


Qeyd edək ki, bu terminal BP-nin gündəlik neft hasilatının 40%-ni təmin edir. Ekoloqlar bu minanın borulara çırpılmasının böyük fəlakətlərə səbəb olacağını bildirib. Bununla yanaşı neftin qiymətinin rekord həddə çatmasına səbəb olacağı da qeyd olunub. Mütəxəssislər bu gündən etibarən minanın zərərsizləşdiriləsi üçün fəaliyyətə başlayacaqlar.