Adamsız gəmi istehsal olundu

Adamsız gəmi istehsal olundu

28 Aprel 2011 10:08
Bəyəndim (0) Bəyənmədim (0)


Sonunda bu da oldu! Gəmilərin ən böyük düşməni "Pinanha"dır - insansız idarə edilən super gəmi! İnsansız təyyarə olur, gəmi olmazmı? Elə bu sualla ayağa qalxanlar insansız idarə oluna biləcək gəmi ərsəyə gətirib, oturdular.

"Zyvex Technologies" şirkət tərəfindən icad edilən "Piranha" ("Pirani") "aroveks" adlı maddədən əmələ gəlib. 6 tonluq karqonu 3000 km daşıya bilir. Bu "yük" partlayıcı da ola bilər, bombalar da. Üzərində daşıdığı partlayıcılarla limanları, gəmiləri havaya uçurda bilər. Uzaqdan hədəfini görməsi o qədər də mümkün olmadığı üçün gizlicə düşməninə yaxınlaşıb, onu yerlə bir etmək imkanına malikdir. Hətta paraşütlə lazım olan nöqtəyə atıla və hədəfinə arxadan zərbə də vura bilər.


Belə getsə, bir azdan heç nədə adama ehtiyac qalmayacaq...


Günel Həbib


O.M.