Dünyada bu saata baş verən ən son hadisələr

Dünyada bu saata baş verən ən son hadisələr

28 Aprel 2011 09:54
1 466
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada baş verən ən son hadisələr Reutersin təqdimatında qısa xəbərlərdə:


Amman - Suriya prezidenti hökumət üzvlərinin qalmaqalı ilə üzləşib. Artıq nazirlər prezidentə qarşı açıq-aydın etiraz bildirilər. Hakim partiyanın 200 fəalı istefa verib. Onlar ordunun xalqa silah çevirməsinə etiraz olaraq bu addımı atıblar.


Qahirə - Çərşənbə günü Fələstin prezidenti Mahmud Abbasla əzəli düşməni HƏMAS qruplaşması arasında sülh müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən seçkilərə qədər müvəqqəti hökumət qurmaq planlaşdırılıb.


Sana - Çərşənbə günü Yəmənin paytaxtında dinc nümayişçilərə atılan atəş zamanı daha 10 nəfər öldürülmüşdür.


Vaşinqton - Çərşənbə günü Kabul aeroportunda 9 ABŞ əsgəri və muzdlu işçisi yaraqlıların qəfil hücumu nəticəsində öldürülmüşdür.


Vaşinqton - BMT-nin xüsusi proqramına əsasən Əfqanıstan polisində əməkdaşların maaşını yüksəltmək istiqamətində islahatlar həyata keçirilir.


Abican - Fil dişi Sahillərinin polis rəisi prezidentin tərksilah olmaq əmrinə tabe olmadığı üçün çərşənbə günü atışma nəticəsində öldürülmüşdür.


Nyu-york - Ümumi məbləği 70 milyard ABŞ dolları həcmində qiymətləndirilən Facebook şirkətinin səhmdarları çərşənbə axşamı 1 milyardlıq səhmi satışa çıxarmağa hazırlaşırlar.


O.M.