Liviyadakı hadisələrdə ölənlərin sayı 30 minə qədərdir

Liviyadakı hadisələrdə ölənlərin sayı 30 minə qədərdir

28 Aprel 2011 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada 2 aydan çox davam edən şiddətli hadisələr zamanı 30 minə yaxın insan ölüb. Bu açıqlamanı ABŞ-ın Liviyadakı səfiri Gene Cretz keçirdiyi mətbuat konfransında söyləyib.

Certz Liviya lideri Müəmmar Qəddafi hakimiyyətinə qarşı təşkil olunmuş nümayişlər və müxalifət-hökumət qarşıdurması zamanı ölənlərin sayının 10 min ilə 30 min arasında olduğunu söyləyib .

Səfir Cretz Liviyadakı hadisələr bitməyincəyə qədər dəqiq neçə nəfərin öldüyünü hesablamağın mümkün olmayacağını da sözlərinə əlavə edib.


Bulanıq suda balıq tutmaq asandır. Bu dəfə Qərb suyu liviyalıların qanı ilə bulandırır.


Hafiz Əhmədov


O.M.