Bu gün hava necə olacaq?..
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu
gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi
əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə
5-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 28-də hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə
qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-4
dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Havadan asılı olmayaraq, günümüz aydın olsun.
Elvin Babayev
O.M.