Made in China

Made in China

27 Aprel 2011 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin öz istehsalı olan və inkişaf etmiş donanma döyüş təyyarəsi olaraq tanıtdığı "J 15"ə aid şəkillər internetə düşdü.

ABŞ-ın döyüş təyyarələrinə rəqib olaraq göstərilən "J 20"nin test uçuşları tamamlanar-tamamlanmaz yeni bir bomba partladı. "J 15"-in rəsmlərinin gün işığına çıxması ilə Pekinin hava gücü müzakirələr yaratdı. Təyyarənin dizaynının ruslardan götürüldüyü düşünülür. Rus analitiklər bu döyüş təyyarəsinin müvəffəqiyyətsiz olduğunu dilə gətirdilər. Onların bu fikirlərinə isə dərhal Çindən cavab gəldi: ""J 15" dözümlü qanadları, gücləndirilmiş eniş sistemi, silahları, elektron nizamı ilə digər həmkarları arasında fərqli bir yerə sahibdir".


Göylə getmək doğru deyil, hansı təyyarənin uğurlu olduğunu zaman göstərəcək...


Günel Həbib


O.M.