21-ci əsrin ən böyük layihəsi inşa ediləcək

21-ci əsrin ən böyük layihəsi inşa ediləcək

27 Aprel 2011 16:15
907
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda XXI əsrin ən böyük kanal layihəsi inşa olunacaq. Türkiyə xəbər saytlarının verdiyi məlumata görə, bunu Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

İstanbulun Avropa hissəsində yaradılacaq nəqliyyat kanalı XXI əsrin ən nəhəng layihələrindən biri olacaq. Ərdoğanın sözlərinə görə, bu planın reallaşdırılması dünyanın ən yüklənmiş boğazlarından olan Bosforda nəqliyyat daşımalarının xeyli yüngülləşdirilməsinə imkan verəcək.

Bosfor boğazı vasitəsilə hər il təxminən 150 milyon ton neft daşınır.

Qeyd edək ki, bu layihə Baş Nazir Tayyib Ərdoğan tərəfindən 6 ay əvvəl irəli sürülüb. Mətbuatda yayılan xəbərə görə, bu layihə üçün 20 milyard dollar ayrılıb.


Məncə, Baş naziri bu cür "dahiyanə" fikrə gəlməyə 20 milyard həvəsləndirib.


Hafiz Əhmədov


O.M.