Müsavat Partiyası bəyanat yayıb

Müsavat Partiyası bəyanat yayıb

27 Aprel 2011 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Müsavat Partiyası dünən Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun 5 əməkdaşının Səbail Rayon Məhkəməsinin qərarı ilə partiya qərargahında axtarış aparması ilə bağlı bəyanat yayıb. Partiyadan verilən bəyanatda bildirilir ki, axtarış zamanı qərargahdan İctimai Palataya aid sənədlər götürülüb.


Müsavat Partiyası İctimai Palatanın fəaliyyətinin yarandığı gündən şəffaf olduğunu, bütün qərarların mətbuata açıqlandığını, sessiyaların jurnalistlərin iştirakı ilə keçirildiyini qeyd edib.

Bəyanatda 2 aprel 2011-ci il mitinqi ilə bağlı qaldırılmış istintaq işinin qanunsuz olduğu vurğulanıb və axtarış İctimai Palatanın üzvlərinə təzyiq cəhdi kimi qiymətləndirilib.
Müsavat Partiyası partiya qərargahında keçirilmiş axtarışın qeyri-qanuni olduğunu bəyan edib və bunu pisləyib.

Bəyanatda 2 aprel mitinqində həbs edilmiş insanların dərhal azadlığa buraxılması, qaldırılmış cinayət işinin ləğv olunması ilə bağlı tələb də əksini tapıb.


Deyəsən şou-biznes kimi siyasi-biznes də qalmaqalla inkişaf edir...


Elvin Babayev


O.M.