Lukaşenko Barrosonu söydü

Lukaşenko Barrosonu söydü

27 Aprel 2011 15:09
Bəyəndim (0) Bəyənmədim (0)


"Barroso adlı o g...t kim olduğunu düşünür? Bir vaxtlar Barroso deyilən biri var idi. Sonra onun dalına təpik vurub Avropa Komissiyasına paketlədilər." Bu təhqiramiz ifadələri Belorusun prezidenti Lukaşenko Avropa Komissiyasının Rəhbəri Joze Manuel Barrosonun ünvanına işlədib.

RİA Novostinin xəbərinə görə, Barosso Lukaşenkonu Çernobl fəlakətinin 25-ci il dönümünə dəvət etməyib. Bundan sonra Lukaşenko əsəbiləşib və Manuel Barrosonun ünvanına təhqir dolu ifadələr işlədib.

Aleksandr Lukaşenko Belorusdakı seçkilər zamanı hiylə işlətmək və ölkəni yumruqla idarə etməkdə günahlandırılır.


Lukaşenkonun ifadələrindəki bəzi söyüşləri nəzərə almasaq, ümumən onunla razılaşmaq olar. Belə ki, Qarabağ məsələsində ikili standartlardan çıxış edən hiyləgər bir təşkilatın rəhbərinin kimisə tənqid etməyə mənəvi haqqı çatmamalıdır.


Hafiz Əhmədov


O.M.