İsrailin gizli sənədləri oteldə unuduldu

İsrailin gizli sənədləri oteldə unuduldu

27 Aprel 2011 14:57
869
Bəyəndim (0) Bəyənmədim (0)



İsrailin Müdafiə Naziri Ehud Barak dövlətin gizli sənədlərini Londonda bir otel otağında unudub.

Qeyd edək ki, Ehud Barak keçən ay rəsmi ziyarət üçün Londona gedib. Nazir gecələmək üçün Park Plaza otelində qalıb. O, gizli sənədləri gecələdiyi oteldə unudub və ABŞ-a uçub.

Nyu-Yorka gedən vaxt Nazirin telefonuna zəng gəlib. Zəng edən şəxs Nazirin İsrail dövlətinin mühüm sənədlərini oteldə unutduğunu deyib.

İsrailin Kanal 2 televiziyasının yayımladığı xəbərdə sənədlərdən bəzilərinin üstündə çox gizli mənasını daşıyan mavi kod olduğu bildirilib.

Hadisə dünən İsrail Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. Ancaq Nazirlik sözçüsü sənədlərdən heç birinin medianın əlinə keçmədiyini bildirib.