Amerika Liviyaya humanitar yardım göndərəcək

Amerika Liviyaya humanitar yardım göndərəcək

27 Aprel 2011 14:24
Bəyəndim (0) Bəyənmədim (0)



ABŞ prezidenti barak Obama Liviyalı üsyançılara 25 milyon dollar ayırmaq barədə göstəriş verib.

Agence France-Presse -in verdiyi məlumatda göndərilən yardım əhalinin gündəlik tələbatını ödəyəcək məhsullar olacaq.

Humanitar yardımların içində avtomobillər, yanacaq daşıyanlar, təcili yardım maşınları, bundan başqa tibb ləvazimatlar, binokllar və digər lazımi ləvazimatlar olacaq.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə üsyançılar üçün qida məhsullarının da göndərilməsi planlaşdırılır. Vəsaitin ayrılması barədə əmrdə qeyd olunur ki, bu vəsait üsyançıların silahla-sursatla təchiz olunmasına və nağd pulla təmin olunmasına sərf oluna bilməz.

Qeyd edək ki, bundan əvvəl BMT Liviyaya humanitar yardım olunması barədə qərar qəbul etmişdi. Bunun üçün isə Liviyaya xüsusi dəhliz də açılmışdı.