"Abdullah Gül" universiteti tikiləcək

"Abdullah Gül" universiteti tikiləcək

27 Aprel 2011 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Kaysəridə tikilməsi planlaşdırılan və prezident Abdullah Gülün adını daşıyacaq olan universitetin təməli atılacaq.

Bu barədə "Abdullah Gül" universitetinin rektoru professor Hakan Musa Asiyalı açıqlama verib. O, "İyunun 25-də təməli atılması planlaşdırılan universitetin yanında kitabxana, kafe, elm mərkəzi, ibtidai təhsil mərkəzi, iclas otağının da olacağı başqa binalar da tikiləcək. İlk etapda memarlıq, iqtisadi və inzibati elmlər, kompüter elmləri fakültəsi xidmətə başlayacaq. Hətta 2012-ci ldən etibarən universitet tələbə qəbuluna start verəcək" deyib.

Günel Həbib