Yoahin Löv “Mən “mavi” deyiləm”

Yoahin Löv “Mən “mavi” deyiləm”

27 Aprel 2011 12:19
850
Bəyəndim (0) Bəyənmədim (0)


Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv "mavi" olduğu barədə səslənən fikirlərə reaksiya verib. 51 yaşlı mütəxəssis "Die Welt" qəzetinə açıqlamasında bu cür iddialardan xəbərdar olduğunu söyləyib.

O, "Nə deyim? Bu da parikdən yararlandığım barədə iddialar kimi doğru deyil. Mavi olub-olmadığımı bilmək istəyirsinizsə, həyat yoldaşımdan soruşun. Parikdən yararlandığım barədə iddialara isə saçımı dartmaqla cavab ala bilərsiniz" deyib.

Lövün fikrincə, oyun və məşqlərdən sonra çılpaq halda duş qəbulu və paltardəyişmə otağında rahat hərəkət normaldır: "Lakin fərqli mədəniyyət sahibləri də var. Türkiyədə hamı şortik və ya tumanla duş qəbul edir".

Almaniyalı mütəxəssis qadınlardan çoxlu sayda sevgi məktubu alıb-almadığına da aydınlıq gətirib: "Hərdən alıram, lakin məktubların çoxunu həyat yoldaşım yaxalayaraq məhv edir.