Amerikalı narkobaron həbs olunub

Amerikalı narkobaron həbs olunub

27 Aprel 2011 11:40
Bəyəndim (0) Bəyənmədim (0)



Qvatemalada amerikalı narkotik qaçaqmalçısını yaxalayıblar. Qvatemala polisləri çərşənbə axşamı 71 yaşlı narkotik alverçisini ələ keçiriblər. O, Meksikanın iri narkobaronları ilə əlaqədə günahlandırılıb.

Valdemar Lorensan Qvatemaladan 40 mil şimal-şərqdə yerləşən El-Cikaro şəhərinə yük avtomobili ilə gedərkən yaxalanıb. Hakimiyyət onu Sinaloa üçün kokain göndərməkdə günahlandırıb. Polislər onun külli miqdarda narkotiki Kolumbiyadan Birləşmiş Ştatlara keçirdiyini söyləyib.

Qeyd edək ki, ABŞ hökuməti Lorensanın ələ keçirilməsi üçün 500 min dollar mükafat vəd etmişdi. Bundan başqa ABŞ-ın Maliyyə nazirliyi onun və iki oğlunun tutulması üçün informasiyaya 200 min dollar təklif emişdi.