Venesueladan NATO-ya qarşı sərt ittihamlar gəlib

Venesueladan NATO-ya qarşı sərt ittihamlar gəlib

27 Aprel 2011 12:06
Bəyəndim (0) Bəyənmədim (0)


Venesuelanın prezidenti Uqo Çavez də NATO-nu Liviya lideri Qəddafini öldürməkdə günahlandırıb.


Prezident Liviyada qərargahların vurulması ilə bağlı televiziyalara müsahibə verib. O, "Qəddafinin dostum olduğunu bilirsiniz. Bunun dostluqla bir əlaqəsi yoxdur. Amma belə bombardmana kimin haqqı var. Qəddafiyə suiqəst etmək istəyirlər" deyib.


Çavez Qəddafinin əməllərini dəstəkləmədiyini, amma xəstəxanaların, ticarət mərkəzlərinin, məktəblərin və bağçaların da vurulduğunu və bunu pislədiyini bildirib.


O, Liviya ilə dost münasibətdə olduğunu və problemlərin sülh yolu ilə həllini tapması üçün beynəlxalq ictimaiyyəti hərəkətə gəlməyə çağırıb.


Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin də eyni sözlərlə mətbuat qarşısında çıxış etmişdi.