Suriyada nəzarət gücləndirilib

Suriyada nəzarət gücləndirilib

27 Aprel 2011 11:14
Bəyəndim (0) Bəyənmədim (0)



Röyter agentliyinin verdiyi məlumata görə Suriya prezidenti Bəşər əl-Əsədin həbi qüvvələri Dermanda şəhərini müdafiə etsə də, o,tanklardan ibarət bir taboru paytaxta göndərib.

Yüzə yaxın tam hərbi sursatla təchiz olunmuş tank paytaxtda yürüyüş keçirmək istəsə də yerli xalq onları güllə ilə qarşılayıb.

Qeyd edək ki, iki mindən artıq polis çərşənbə axşamından bəri keçid məntəqələrində dayanaraq hər kəsin şəxsiyyət vəsiqələrini yoxlayır. Şahidlərin sözlərinə görə, küçələrdə pulemyot və tüfənglərlə təchiz olunmuş yük avtomobilləri də tez-tez reydlər aparır.