Liviyada 16 jurnalist yoxa çıxıb

Liviyada 16 jurnalist yoxa çıxıb

27 Aprel 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)


Nyu-Yorkda fəaliyyət göstərən Jurnalistlərin Müdafiə Komitəsi Liviyada son aylarda 16 jurnalistin yoxa çıxması haqqında məlumat yayıb. Komitədən verilən məlumata görə, yoxa çıxan jurnalistlər arasında üç amerikalı müxbir də var.

İlkin məlumatlara görə, jurnalistlər ölkədə gedən hadisələri işıqlandıran zaman diktator Qəddafi gücləri tərəfindən oğurlanıb və hal-hazırda həbsxanadadırlar.

qeyd edək ki, iki qərbli jurnalist Liviyada Misrat şəhərinin bombalanması zamanı həyatını itirib. Onların Britaniya və ABŞ vətəndaşı olduğu bildirilib.