İlham Əliyev Rusiyalı diplomatı qəbul edib

İlham Əliyev Rusiyalı diplomatı qəbul edib

27 Aprel 2011 11:18
1 048
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakovu qəbul edib.

Mixail Şmakov Bakıda keçiriləcək "Miqrasiya problemləri və çağırışlar: Həmkarlar ittifaqlarının rolu" mövzusunda II konfransın önəmini qeyd edib. O, Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil edilən bu tədbirdə müxtəlif ölkələrin nümayəndələrinin iştirak edəcəyini deyib.


Dövlətimizin başçısı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Rusiya federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlığın ikitərəfli


Mixail Şmakov vaxtilə Sovetlər İttifaqının Həmkarlar İttifaqı Təşkilatına rəhbərlik edən bir qrup şəxsin Heydər Əliyevlə çəkdirdiyi fotoşəkili xatirə olaraq dövlət başçısına təqdim edib.