Hollandiyada türkiyəli gənc öldürülüb

Hollandiyada türkiyəli gənc öldürülüb

27 Aprel 2011 11:03
884
Bəyəndim (0) Bəyənmədim (0)


Hollandiyanın Haaqa şəhərində Türkiyə vətəndaşı olan gəncə silahlı hücum olub. Hadisə nəticəsində gənc aldığı yaralardan yerindəcə keçinib. Polis 24 yaşlı gəncin öldürülməsində şübhəli bilinən 3 şəxsi həbs edib.

Öldürülən gəncin bacısı Hollandiya mətbuatına verdiyi açıqlamasında deyib ki, qardaşını milliyyətinin sırf türk olduğuna görə öldürüblər.

Qeyd edək ki, son zamanlar Hollandiyada xarici vətəndaşlara qarşı ayrı-seçkilik artmaqdadır. Xüsusən də Türkiyə vətəndaşlarına qarşı münasibət əvvəlki illərə nisbətən pisləşib.